İranda ötən sutka ərzində 1 209 nəfər COVID-19-a yoluxub
15 Mart 2020 16:15 (UTC+04:00)
İranda ötən sutka ərzində 1 209 nəfər yeni koronavirusa (COVID-19) yoluxub. SİA-nın xəbərinə görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 13 938 nəfərə yüksəlib.
Nazirlik rəsmisi ötən sutkada 113 nəfərin koronavirusdan öldüyünü deyib.
Cahanpur əlavə edib ki, ümumilikdə İranda yeni koronavirus nəticəsində 724 nəfər ölüb.
Cahanpurun sözlərinə görə, bu günədək 4 509 nəfər sağalıb.