Telefon mağazasında yanğın

15 Mart 2020 12:13 (UTC+04:00)
Gəncədə telefon satışı mağazası yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA ya verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² telefon satışı mağazasında əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd televizor əriyib. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.