"“Altın Kelebek”in baş tutmamasına heyfislənmirəm" FOTOLAR

13 Mart 2020 15:26 (UTC+04:00)

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə yeni şəkillərini yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımında təxirə düşən “Altın Kelebek”dən də söz açıb: " “Altın Kələbək” mükafatlandırma gecəsi baş tutmasa da, ona hazırlıq öncədən olmuşdu. Həyatda nə olursa, elə-belə olmur. Demək ki, belə lazımdır. “Altın Kelebek”in reallaşmamasına bir qram da heyfislənmirəm".

Oksananın şəkillərdəki dəbdəbəli geyimi də diqqətlərdən yayınmayıb. O, qızılı rəngli, uzun libasa üstünlük verib.