Alimlər 100 milyon illik ən kiçik dinozavr aşkar ediblər - MARAQLI

12 Mart 2020 17:10 (UTC+04:00)

Elm adamları Myanmarda indiyə qədər görülən ən kiçik dinozavrı kəşf etdilər. 100 milyon il əvvələ aid qanadlı heyvanın başı bir kəhraba daşının içinə sıxılmış halda tapılıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Oculudentavis khaungraae adlı quş tipli dinozavrın kəlləsi kəhrəba daşına həbs olmuş şəkildə təbii olaraq qorunub. Qaya ilə örtülmüş fosillərdən fərqli olaraq, kəhrəba içində qalan nümunələrin toxumaları qorunub saxlanılır və alimlərə məxluqun orijinal rənglərini və morfologiyasını göstərir.

Çin Elmlər Akademiyasında çalışan poleontoloq Jingmai Konnor “Bu qədim canlının bu cür mühafizə olunmuş çəkildə görəndə nəfəsim kəsildi. Özünəməxsus skleral halqası (göz sümükləri) və çox sayda dişi ilə çox zərif qorunurdu" deyə bildirib.

Alimlər kəllə sümüyü cəmi 7.1 millimetr boyu olan qədim məxluqun indiyə qədər kəşf edilmiş ən kiçik dinozavr olduğunu söyləyirlər.

Oculudentavis khaungraae, bu gün dünyanın ən kiçik quşu olan arı quşundan daha kiçikdir.
Kiçik olmasına baxmayaraq, tədqiqatçılar iti dişləri və böyük gözləri olan heyvanın qidalandırmaq üçün böcəklər ovladığını düşünürlər.

Konnor sual edilən məxluqun quş və ya dinozavr olub olmadığı ilə bağlı cizgilərin bulanıq olduğunu söyləyib:
"Kəllə quruluşuna baxaraq bunu bir quş kimi düşünə bilərik lakin bəzi dinozavrların da gördüyümüz xüsusiyyətləri var. Buna görə də bu bir dinozavr və ya başqa bir şey ola bilər".