İsmayıllı sakininin evindən qanunsuz silah çıxdı

12 Mart 2020 15:52 (UTC+04:00)

İsmayıllı rayon sakini N.Əliyevin evindən narkotik vasitələr və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini N.Əliyevin evindən marixuana, cətənə toxumu və müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi aşkar edilərək götürülüb.