Çində 62 min nəfər virusdan tamamilə sağalıb

12 Mart 2020 10:19 (UTC+04:00)

Çində koronavirusa yoluxmuş şəxslərin 77 faizi virusdan tamamilə sağalıb. SİA xəbər verir ki, məlumat Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib.

Belə ki, Çində ümumi koronavirusa yoluxanların sayı 81 minə yaxındır. Onlardan 62 min nəfər tamamilə sağalaraq evə buraxılıb. Virus 3 min nəfərin həyatına son qoyub.