“Yuventus”un futbolçusu Daniele Ruqani koronavirusa yoluxub.
SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Həm italiyalı müdafiəçi, həm də onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb.
2015-ci ildən Turin kubunda çıxış edən 29 yaşlı futbolçu bu mövsüm A Seriyasında 3 oyuna çıxıb.
Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada bütün futbol yarışları dayandırılıb.