İngilis qəzetindən ağlabatmaz hərəkət

11 Aprel 2011 19:24 (UTC+04:00)

İngiltərənin ən çox oxunan və pulsuz paylanan qəzetlərindən "Metro" Türkiyəni qəzəbləndirəcək bir addım atıb. SİA-nın məlumatına görə, qlobal maliyyə böhranın Yunanıstana təsirləri ilə bağlı yazıda Türkiyə sərhədləri Yunanıstan olaraq göstərilib.

 

Xəbərdə verilən xəritədə Türkiyə sərhədlərində "Greece" yazıldığı görünür. Xəritənin üzərində Yunanıstan bayrağının olması da da diqqət çəkir.