"Müvəqqəti atəşkəsi daimi etmək fikrindəyik"

11 Mart 2020 15:23 (UTC+04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlibdəki müvəqqəti atəşkəsin daimi xarakter almasına çalışdıqlarını açıqlayıb. SİA xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri İdlibdəki hazırki vəziyyəti şərh edib.

O bildirib ki, İdlibə Rusiyadan bir hərbi heyət daha gəlib və hazırda bu atəşkəsin davamlı olması üçün səylər göstərilir. Çavuşoğlu M4 quru yolunun etibarlı şəkildə istifadəyə verilməsi üçün əskərlərlə görüşdüklərini açıqlayıb: "Dünən axşam bir görüş təşkil edildi. Bu gün də görüşlər davam edir. Atəşkəsin davamlı olması üçün əlimizdən gələni edirik".