Belçikada metroda maska taxan bir şəxs maskanı üzündən çəkib, əlini ağzına apararaq əlinə tüpürüb və daha sonra barmaqlarını metronun tutacaqlarına sürtüb. SİA xəbər verir ki, həmin şəxsin görüntüləri sosial mediada yayılıb.
Belçikanın Brüssel şəhərində metroda qeyri-etik hərəkət törətmiş şəxs metrodakı şəxslər tərəfindən çəkilib və sosial mediada paylaşılıb.
Belə ki, Avropada sürətli şəkildə yayılan yeni növ koronavirusla bağlı görüntülənən şübhəli şəxs saxlanılıb. Brüssel İctimai Nəqliyyat Agentliyindən verilən açıqlamada bildirilib ki, şəxs spirtli içkinin təsiri altında olub və polis tərəfindən saxlanılıb. Hələ ki, şəxsdə koronavirusun olub-olmadığı məlum deyil.
Qeyd edək ki, Belçikada artıq bir nəfər koronavirusa yoluxub.
