ABŞ Dövlət Departamenti 2010-cu ildə Ermənistanda "İnsan hüquqlarının vəziyyəti" ilə bağlı hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alan sənədə də bildirilir ki, Erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarət altında saxlamaqda davam edirlər. Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə xətti boyunca quraşdırılmış minalar ölüm hallarına səbəb olmaqda davam edir. Minaların partlaması nəticəsində 2010-cu il ərzində 12 hərbçi yaralanıb, bir mülki şəxs həlak olub.
Eyni zamanda 2010-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində 54 hərbçi həlak olub. Hesabatda həmçinin deyilir ki, Ermənistanda insanların hüquq və azadlıqları bir necə sahədə kobud şəkildə pozulur.