Tez-tez əl yumanın təhlükəli olması barədə xəbərdarlıq edilib. SİA Sputnikə istinadən xəbər verir ki, allerqoloq-immunoloq Aleksey Bessmertnıy tez-tez əl yuma təhlükələri barədə danışıb.
Dediyinə görə, gündə altı-səkkiz dəfədən çox əlləri yuyucu vasitələrlə yumaq dərini aşındırır və infeksiyalardan qoruyan faydalı bakteriyaların qoruyucu qatını yuyur. Tez-tez əllərin yuyulması dəriyə zərər verir.
Bundan əlavə, Bessmertnik, antiseptiklərin sabun və sudan daha çox bakteriya ilə mübarizədə daha təsirli olduğu barədə məlumatları təkzib edib.
"Antiseptiklər və nəm salfetlər əlinizdəki çirkləri yumur, sadəcə onları əllərinizə yayır", deyə allerqoloq-immunoloq Aleksey Bessmertnıy bildirib.
Həkim əl gigiyenasının xüsusilə mövsümi xəstəliklər zamanı vacib olduğunu söyləyib və qeyd edib ki, ancaq əlləri yumağa həddindən artıq əhəmiyyət verməyə dəyməz.