Kilian Mbappe koronavirusa yoluxma təhlükəsi ilə üzləşib

11 Mart 2020 03:22 (UTC+04:00)

PSJ-nin hücumçusu Kilian Mbappe koronavirusa yoluxma təhlükəsi ilə üzləşib.

SİA xəbər verir ki, Fransa millisinin üzvü bununla bağlı tibbi testlərdən keçirilib.

Boğaz ağrısına görə iki gün məşqlərdən kənarda qalan gənc forvardın ilkin test nəticələri bu xəstəliyə yoluxmadığını göstərir. Ancaq analizin dəqiq cavabı sabah hazır olacaq.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 30 qol vurub.