Buşehr nüvə stansiyasına yanacaq doldurulur

10 Aprel 2011 09:42 (UTC+04:00)

İran hökuməti fevral ayında texniki səbəblər üzündən baş verən fasilədən sonra Buşehr nüvə stansiyasında yanacaqdoldurma əməliyyatının başladığını xəbər verir.

SİA-nın xəbərinə görə, xarici işlər naziri Əli Əkbər Salehi deyib ki, obyektdəki reaktora yanacaq doldurulmasına başlanılıb. Rəsmilər ümid edirlər ki, nüvə stansiyası mayın 10-adək həlledici mərhələyə daxil olacaq.
Rusiyanın inşa etdiyi stansiyadakı layihə illərdir ki, müxtəlif problemlər üzündən ləngiyir.

Ayrıca olaraq İran dövlət mediası Salehiyə istinadən Tehran yaxınlığındakı zavodun sentrifuqalar istehsalına başladığını bildirib.