Obamadan Suriya açıqlaması

10 Aprel 2011 09:26 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Suriyada təhlükəsizlik qüvvələrinin və nümayişçilərin gücə əl atmalarını qınayıb.

SİA-nın xəbərinə görə, Obama yazılı açıqlamasında Suriya hökumətini həbslərə və həbs edilənlərlə pis rəftara son qoymağa, hadisələrlə bağlı sərbəst informasiya axışına icazə verməyə çağırıb.

Suriya xalqının legitim tələblərinə adekvat cavab verilmədiyini bildirən Obama bildirib ki, güc tətbiqi və həbslər xalqın gözləntilərinə cavab ola bilməz.