Yolu keçən piyadanı maşın vuraraq öldürdü

10 Mart 2020 15:15 (UTC+04:00)

Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 9-da saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rübabə Bağırovanı vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.