İtaliyanın baş naziri Cüzeppe Konte bəyan edib ki, ölkədə koronavirusun sürətli yayılması ilə bağlı fövqəladə ölçülər götürülüb. SİA xəbər verir ki, bu barədə “Corriere della Sera” yazır. Belə ki, İtaliyada məktəblər, universitetlər bağlanıb, kütləvi tədbirlərə qadağa qoyulub, həmçinin milli futbol çempionatı da dayandırılıb. Bundan əlavə, Konte bütün milli ərazi üzrə karantin ölçülərinin genişləndiriləcəyi barədə danışıb və qeyd edib ki, vətəndaşların sərbəst yer dəyişməsində məhdudiyyətlər olacaq.
“Son məlumatlara görə, yoluxma və ölüm hallarının artması səbəbi ilə biz Lombardini və digər zonalarda, ümumiyyətlə ölkənin bütün ərazisində bu ölçüləri tətbiq etmək qərarına gəldik”, deyən Konte vətəndaşların yer dəyişməsinə yalnız hər hansı mühüm, təxirəsalınmaz səbəb olarkən mümkün olacağını bildirib. O, bəyan edib ki, həmin tətbiqlər martın 10-dan səhər saatlarından qüvvəyə minir. “Biz İtaliyanın xeyri üçün müəyyən imtinalar etməliyik. “Daha 1 və 2 qırmızı zonası olmayacaq, lakin bütün İtaliya qoruyucu zona olacaq”, baş nazir deyib.
Hazırda İtaliyada 9,1 yoluxma halı qeydə alınıb. 724 insan sağalıb, 463 nəfər isə həyatını itirib.