Mingəçevirdə məktəb binası yanıb

9 Mart 2020 09:38 (UTC+04:00)
Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.