Yaponiyada sumo üzrə İmperator kuboku koronavirusa görə tamaşaçılarsız keçirilir

8 Mart 2020 19:20 (UTC+04:00)

Martın 8-də Yaponiyanın Osaka şəhərində start götürən sumo üzrə İmperator kuboku turniri koronavirus təhlükəsinə görə tamaşaçılarsız keçirilir.

Yaponiya Sumo Federasiyasının yaydığı məlumata görə, yarış müddətində idmançılardan hər hansı biri koronavirusa yoluxarsa, turnir dərhal dayandırılacaq.

Yarış martın 22-dək davam edəcək.