Paytaxtda yol qəzası sürücünün ölümü ilə nəticələnib

9 Aprel 2011 20:16 (UTC+04:00)

Aprelin 8-i saat 01:30 radələrində Binəqədi şossesində Pərviz Qurbanovun idarə etdiyi "BMW" markalı avtomobillə Famil Şükürovun idarə etdiyi "Tavriya" markalı avtomobil toqquşub.

 

Bakı şəhər BPİ Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə F.Şükürov hadisə yerində ölmüş, "BMW" markalı avtomobilin sərnişini Ruslan İsfəndiyarov isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.