BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib. SİA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı nümayəndəliyindən videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.
Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.
Fürsətdən istifadə edərək, BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.