BDU qrant proqramının yeni mərhələsini elan edib

9 Aprel 2011 20:22 (UTC+04:00)
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmrinə əsasən universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili "50+50" qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib. SİA-nın xəbərinə görə, müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formalarını BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 aprel 2011-ci ildən 15 may 2011-ci il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına, fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2011-ci il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.

2010-2011-ci illərdə universitetdaxili "50+50" qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər. Universitetdaxili "50+50" qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.