ETSN-nin Ekspedisiya rəisi təqaüdə göndərilib

7 Mart 2020 12:52 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov təqaüdə göndərilib. Bunu SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır.