Facebook tibbi maskaların reklamına qadağa tətbiq etdi

7 Mart 2020 10:00 (UTC+04:00)

Facebook şirkəti, koronavirusa görə tbbi maskaların tələbatına artan ehtiyac ətrafında spekulyativ hərəkətləri dayandırmaq üçün sosial şəbəkədə tibbi maskaların reklamına müvəqqəti qadağa tətbiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətin bəyənatında deyilir: “Biz tibbi maskaların satılması üçün reklam və kommersiya elanlarına müvəqqəti qadağa tətbiq edirik. Komandamız COVID-19 ilə əlaqəli vəziyyəti yaxından izləyir və əgər insanların sağlamlığında pul qazanmaq istəyənlərə rast gəlsək bu istiqamətdə də həyata keçirdiyimiz siyasətimizdə lazımi yenilikləri edəcəyik”.

Qeyd edək ki, bundan əvvəl Facebook-un ümumilikdə koronavirusdan qorunmaq və ya müalicə etmək vəd edən reklamlara qadağa qoyduğu, həmçinin COVID-19 haqqında yalan məlumatların yayılmasına qarşı mübarizə aparmaq və saxta bəyanatlar və ya sui-qəsd nəzəriyyələri ilə məzmunu silmək niyyətində olduğunu bildirilirdi.