Koronavirus “Eurovision”da problemlər yaratdı

7 Mart 2020 09:28 (UTC+04:00)

"Eurovision" müsabiqəsinin təşkilatçıları olan Avropa yayım birliyinin nümayəndələri yarışmaya qatılacaq ölkələrin iştirakçıları ilə görüşə bilməyəcək. SİA-nın məlumatına görə, təşkilat həmkarlarının birində koronavirus aşkar edildikdən sonra onlara səyahət etməyi qadağan edib.

İsveç və İsraildən olan nümayəndələrin də martın 9-da Niderlandın Rotterdam şəhərində nəzərdə tutulan görüşdən imtina etdikləri bildirilib.

İsrailin Səhiyyə Nazirliyi də iştirakçıların müsabiqəyə göndərilməməsini tövsiyə edib.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da keçirilməsi planlaşdırılıb.