Rus senator Aleksey Puşkov ABŞ-ın Rusiya və Türkiyə arasında gedən danışıqlardan uzaq durduğunu açıqlayıb. SİA xəbər verir ki, senator ABŞ-ın Rusiya ilə Türkiyə arasındakı Suriya böhranının həlli istiqamətində əməkdaşlığına son qoyduğuna ümid edir.
"Twitter"da açıqlama yayan Puşkovun sözlərinə görə, dünən Moskvada aparılan danışıqlar rəsmi Ankaranın Moskva ilə münasibətləri gərginləşdirmək istəmədiyini ortaya qoyub.
Puşkov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar bunu təsdiqləyib: "Rusiya və Türkiyə, Suriyanın gələcəyinin bağlı olduğu başlıca iki ölkədir. ABŞ isə rəsmi Ankaranın istiqamətini Vaşinqtona yönəltəcəyinə ümid edərək proseslərdən kənarda qalır".