Yolu keçən piyadanı maşın vurdu

6 Mart 2020 14:38 (UTC+04:00)

Saatlı şəhəri ərazisində “Daewoo” markalı avtomobillə yolu keçən piyada vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 5-də saat 12 radələrində Saatlı şəhəri ərazisində Ə.Muradov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən şəhər sakini Həqiqət Həsənovanı vurub. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.