Tovuzda velosiped oğruları peyda olub

5 Mart 2020 22:43 (UTC+04:00)

Bir neçə gündür ki Tovuz rayonunda velosipedlərin oğurluğu qeydə alınır.

SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, təkcə bu gün ərzində rayonun müxtəlif yerlərindən 3 velosiped aparılıb. Hadisə yerinə Tovuz rayon Polis Şöbəsi əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin kimliyi hələlik məlum deyil. Polis araşdırma aparır.

İlham Məmmədov