Vatikan nunsisi Klaudio Qucerotti: “Münaqişələrin həlli də daxil olmaqla, istənilən dialoq məhsuldar olur”

8 Aprel 2011 23:46 (UTC+04:00)
Vatikan nunsisi Klaudio Qucerotti Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirib. SİA-nın məlumatına görə, bu barədə K.Qucerotti jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, forum daha dərin mədəniyyətlərarası dialoq qurulmasına kömək verəcək.

Nunsi həmçinin onu da vurğulayıb ki, münaqişələrin həlli də daxil olmaqla, istənilən dialoq məhsuldar olur: "Əlbəttə, bu, təkcə insanlardan asılı olan bir məsələ deyil, siyasətçilərlə əlaqəli, eləcə də beynəlxalq problemdir. Əgər dünya siyasətçiləri bu cür dialoqa qərar versələr, çox şey əldə etmək olar".