Yer kürəsi 3 milyard il əvvəl "su planeti" idi? - MARAQLI

5 Mart 2020 12:34 (UTC+04:00)

Elm adamları Yerin 3 milyard il əvvəl tamamilə okeanla örtülü bir "su planeti" ola biləcəyinə dair sübutlar tapıblar. SİA-nın məlumatına görə, ABŞ-ın Kolorado Universitetinin tədqiqatçıları Avstraliyanın şimal-qərbində yerləşən Panorama bölgəsində araşdırmalar aparıblar. 3,24 milyard il əvvəl okean altındakı bu bölgə, tədqiqatçılara bu dövrün Dünyası haqqındaməlumatlar verib.

Nəticələrini "Nature Geoscience" jurnalında dərc edən komanda bölgədən 100-dən çox nümunədə fərqli oksigen izotoplarının nisbətini araşdırıb. Tədqiqatçılar, 3 milyard milyard il əvvəl okeanların daha çox Oksigen-18 izotopunun olduğunu öyrəniblər və bunun iki səbəbinin mümkün olduğunu irəli sürüblər.

Komandanın qabaqcıl səlahiyyətlisi Dr. Benjamin Cohnsona görə, bu açıqlamalardan biri 3 milyard il əvvəl Yerdə böyük qitə parçaları olmaması idi. Beləliklə, qitələrin hələ əmələ gəlməməsi oksigen-18-in okeanda artıq olmasını izah edə bilər.

Elm adamları Dünyanın o dövrdə tamamilə sudan ibarət olmadığını, kiçik adalardan ibarət mikro-qitələrin də ola biləcəyini izah edirlər.

Tədqiqatda tapıntıların səbəbi olaraq irəli sürülən başqa bir ehtimal da qitələrin gözlənildiyindən daha yavaş olması və Oksigen-18 izotopunu udacaq gillərin okeanın altında qalmasıdır.

Əlavə araşdırmalar bu tapıntıları təsdiqləyərsə, ilk orqanizmlərin Yerdə necə yaranması və başqa planetlərdə necə yaşana biləcəyi ilə bağlı yeni fərziyyələr meydana gələ bilər.