Təhlükəli asteroid Yer kürəsinə yaxınlaşır

4 Mart 2020 17:00 (UTC+04:00)

Potensial təhlükəli və 4 km diametri olan asteroid Yer kürəsinə yaxınlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NASA saytında məlumat verilib.

Məlumata görə, diametri dörd kilometrə qədər olan potensial təhlükəli asteroid aprel ayının sonlarında təhlükəli bir məsafədə Yerə yaxınlaşacaq. Hesablamalara görə, 52768 nömrəli asteroid (1998 OR2) 29 apreldə Yerə ən yaxın məsafədə olacaq. Bu zaman məsafə 6,29 milyon kilometr olacaq ki, bu da Aya qədər olan məsafədən 16 dəfə uzaqdır.

Qeyd olunur ki, səma çisminin diametri 1,8 ilə 4,1 kilometrə qədərdir. Asteroid uçuş yolunun Yer orbitiylə kəsişməsinə görə potensial təhlükəli kimi təsnif edilir. Asteroid 3.68 Yer ilində Günəş ətrafında bir dövr edir.