Müsavat Partiyası qarşısında etiraz aksiyası keçirilib

8 Aprel 2011 21:58 (UTC+04:00)

Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edən bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib. SİA-nın məlumatına görə, aksiya iştirakçıları radikal müxalifətin 2 aprel aksiyasını pisləyiblər.

 

Aksiya iştirakçıları "Əli Kərimli və İsa Qəmbərə ar olsun!", "Dağlıq Qarabağ gəncləri Əli Kərimli və İsa Qəmbərin hərəkətlərinə yox deyir!", "Ermənipərəstlər, rədd olun", "Müsavata sağlam gənclik yox, ermənilərlə sövdələşməyə gedən satqınlar lazımdır!" şüarları səsləndiriblər. ərazidə olan polis əməkdaşları aksiyanı dağıdıb, bir neçə nəfər saxlanılıb.

 

Qeyd edək ki, ölkə gəncləri radikal müxalifətin 2 aprel aksiya cəhdindən əvvəl, həm də sonra AXCP sədri Əli Kərimlinin evi qarşısında silsilə etiraz aksiyaları təşkil edib.