Cənubi Koreyada kimyəvi zavodda baş verən partlayış nəticəsində azı 26 nəfər yaralanıb

4 Mart 2020 06:03 (UTC+04:00)

Cənubi Koreyanın Sosan şəhərində “Lotte Chemical” şirkətinə məxsus kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində azı 26 nəfər yaralanıb.

SİA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 03:00-da (Bakı vaxtı ilə 22:00-da) neftin distillə olunduğu ərazidə başlayıb. İki saat davam edən mübarizədən sonra yanğının qarşısı 38 yanğınsöndürmə briqadası tərəfindən alınıb.

Hazırda zavodun əksər hissəsi bağlanıb, hadisə yerində müstəntiqlər işləyir.