Zakir Həsənov təlimə dair məruzələri dinləyib

2 Mart 2020 18:33 (UTC+04:00)

Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.