Səfirliklərimiz xaricdə təbliğat mexanizmini bir qədər də gücləndirməlidir - AÇIQLAMA

29 Fevral 2020 12:57 (UTC+04:00)

“Düşünürəm ki, Qondarma Respublikada saxta seçkilərə Azərbaycan reaksiya verməməlidir. Erməni tərəfi artıq neçənci dəfədir ki, Dağlıq Qarabağda saxta prezident və parlament seçkiləri keçirilib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O, söyləyib ki, Azərbaycanın mövqeyi bəlli olduğuna görə, bu münaqişəni tənzimləmək səlahiyyətini üzərinə götürən və bu məsuliyyəti daşıyan ATƏT-in Minsk qrupu bəyanat verməklə məşğul olmamalıdır: “Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Necə olur ki, öz şəxsi maraqlarına uyğun olanda hətta qətnamə təsdiq olunmamış hücuma keçilir, cəzalandırma mexanizmi işləyir? Amma Azərbaycanla bağlı olan qətnamələrin tələblərinin həyata keçirilməsi məsələsində heç bir mexanizm ortada yoxdur”.

A.Nağıyev qeyd edib ki, burada sual ortaya çıxır: “Bu zaman Azərbaycan nə edə bilər? Azərbaycanda kifayət qədər siyasi partiyalar, QHT-lər fəaliyyət göstərir. Onlar birlikdə ya forum çağırmalı, ya Azərbaycan çoxsaylı müraciətlər etməlidir. Burda da dövlətin mövqeyi bəlli olduğuna görə, partiyalar, QHT-lər və yeni seçilmiş Parlament bu məsələlərlə məşğul olmalıdırlar”.

Politoloq bildirib ki, onlar dünya parlamentlərinə, eyni zamanda Avropa Şurasına müraciət olunmalıdır: “Təbii ki, bu məqamda Azərbaycanın xaricdəki səfirlikləri və diaspora təşkilatlarını da unutmaq olmaz. Xarici ölkələrdəki sefirliklərimizi təbliğat mexanizmini bir qədər də gücləndirməlidir. Bizim özümüzdən başqa heç bir təbliğatçımız yoxdur. Hər kəs öz maraqlarına uyğun hərəkət edir və məhz buna görə də Azərbaycan öz maraqlarına uyğun hərəkət etməlidir. Hazırda biz müharibə variantını seçmirik. Ona görə də biz ancaq informasiya müharibəsini gücləndirməliyik”.