"TAP Azərbaycan-İtaliya enerji əməkdaşlığının zirvəsidir"

28 Fevral 2020 22:05 (UTC+04:00)

Cənub Qaz Dəhlizinin başlanma nöqtəsi Azərbaycandırsa, onun bitmə nöqtəsi isə hələlik İtaliyadır. Azərbaycan və İtaliya aralarında 5 ölkəni birləşdirən bu dəhlizin mühüm tərəfləridir.

Trend-in məlumatına görə, bunu İtaliyanın İqtisadi İnkişaf Nazirliyində Dövlət Katibi xanım Alessandra Todde Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi, xüsusilə də TAP Azərbaycan-İtaliya dostluğunun təzahürü, enerji əməkdaşlığının zirvəsidir. Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar.