Ötən ay Azərbaycana 200 mindən çox turist gəlib

28 Fevral 2020 21:03 (UTC+04:00)

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, gələnlərin sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çoxdur.

2020-ci ilin yanvar ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.