“Mançester Siti” ciddi itki ilə üzləşib

28 Fevral 2020 19:21 (UTC+04:00)

“Mançester Siti” ciddi itki ilə üzləşib. Belə ki, “şəhərlilər”in futbolçusu Emerik Laport sıradan çıxıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk matçında (2:1) zədələnən 25 yaşlı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, Laport bu mövsüm uzun müddət zədəli olub.