Qoşunların döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib

28 Fevral 2020 18:33 (UTC+04:00)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil olunub.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyəti bölmələr fəaliyyət göstərib.