Goranboyda nar şirəsi emalı zavodu fəaliyyətə başlayacaq

28 Fevral 2020 18:06 (UTC+04:00)

Goranboy rayonunda fəaliyyət göstərən “Antim” Məhdud Məhsuliyyətli Cəmiyyətə məxsus müasir nar şirəsi emalı zavodunun inşası başa çatdırılıb. Rayon icra hakimiyyətindən SİA-nın Gəncə bürosu xəbər verir ki, müəssisənin işə düşməsi ilə burada 70-ə yaxın yeni iş yerləri açılacaq.

Ən müasir texnologiya əsasında qurulmuş nar şirəsi emalı zavodu yaxın vaxtlarda fəaliyyətə başlayacaq.