Əsas məqsəd ixracın 10 milyarddan 20 milyarda çatdırılmasıdır

28 Fevral 2020 17:57 (UTC+04:00)

Əsas məqsəd Cənub Qaz Dəhlizi ilə ixrac olunan qazın 10 milyarddan 20 milyarda çatdırılmasıdır. SİA xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Direktorluğunun Baş Direktorunun müavini Klaus Diter Borxart Cənub Qaz Dəhlizinin məşvərəd şurası çərçivəsində nazirlərin altlncı toplantısına həsr olunmuş mətbuat konfransında deyib.

“Hazırda Cənub Qaz Dəhlizi ilə Azərbaycan tərəfindən 10 milyard kub metr qaz ixrac edilir. Əsas məqsəd Cənub Qaz Dəhlizi ilə ixrac olunan qazın 10 milyarddan 20 milyarda çatdırılmasıdır. Bununla bağlı razılıq əldə olunub. Azərbaycanda çox perspektivli yataqların kəşfiyyatı aparılır”, deyə Klaus Diter Borxart bildirib.