Rusiya Türkiyəyə başsağlığı verib

28 Fevral 2020 17:43 (UTC+04:00)

Rusiya tərəfi türk hərbçilərinin Suriyada həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib. SİA xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, rəsmi Moskva İdlibdə sabitliyi qoruyan türk əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni əsirgəmir və Rusiya hərbçiləri bu işi davam etdirməyə hazırdırlar.