Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir

28 Fevral 2020 17:06 (UTC+04:00)

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir. SİA-nın verdiyi məlumata görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.