Narkotik satan dəstə zərərsizləşdirildi

28 Fevral 2020 16:26 (UTC+04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini F.Qarayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Füzuli rayon sakini V.Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qrama yaxın heroin aşkar edilərək götürülüb.

V.Novruzova narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Rəsulov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 250 qramdan artıq heroin, 2 qram metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 2 kiloqram heroin aşkar edilərək götürülüb.