AB Türkiyəyə qarşı sanksiyaları genişləndirir

28 Fevral 2020 15:58 (UTC+04:00)

Avropa Birliyi "Kipr Respublikasının iqtisadi zonasında" qazma əməliyyatları apardığına görə, Türkiyəyə qarşı sanksiyaları genişləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq qanunların dərc olunduğu AB-nin rəsmi jurnalında qeyd edilib.

"Türkiyənin Şərqi Aralıq dənizində davam edən qanunsuz qazma işləri fonunda iki nəfər, fiziki və hüquqi şəxslərin qara siyahısına salınmalıdır", qərarda deyilir.