Lənkəranlı şair Oqtay Zəka vəfat edib

28 Fevral 2020 15:53 (UTC+04:00)

Lənkəran ədəbi mühitində öz fəlsəfi şeirləri ilə xüsusi yer tutan qəzəlxan şair Oqtay Zəka fevralın 27-də vəfat edib. Oqtay Zəkəriyyə oğlu Vəliyev 1945-ci il oktyabrın 16-da Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Hələ uşaqlıq illərindən şeir yazmağa başlayan O.Zəka fəlsəfi qəzəl və poemaları ilə müasirləri arasında geniş hörmət qazanıb. Şeirlərinin Allah vergisi olduğunu deyən şair Oqtay Zəka 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Yaddaşlarda qalan səda", "Təxəyyüldən doğan günəş", “Millətnamə”, "Arxadan görünən gələcək" və "Cəftərəzə" kitblarının müəllifidir.

Allah rəhmət etsin!