Putin və Ərdoğan Suriya ilə bağlı razılığa gəliblər

28 Fevral 2020 15:16 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkə rəhbərləri telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyətin normallaşdırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Məlumatda bildirilir ki, hər iki tərəf Suriyanın şimal-qərbindəki vəziyyətin normallaşdırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Müvafiq nazirliklərarası məsləhətləşmələrin intensivləşdirilməsi və yaxın gələcəkdə sammitin keçirilməsinin mümkünlüyü barədə razılığa gəliblər.