İlk dəfə koronavirusdan ölənin tədqiqat nəticələri

28 Fevral 2020 15:12 (UTC+04:00)

Çində ölümlə nəticələnən ilk koronavirus xəstəsinin cəsədinin yarılma nəticələri məlum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÇXR mütəxəssislərinin bir hesabatında, “Journal of Adensic Medicine” jurnalında yayımlanıb.

Məlumata görə, yarılmanın nəticələri virusun hava yollarının və ağciyər alveollarının dərin hissələrini yoluxdurduğunu göstərib. Qeyd olunur ki, xəstəliyin patologiyası atiapik pnevmoniyaya bənzəyir. Mütəxəssislərin fikrincə, virusun digər daxili orqanlara da yoluxduğunu müəyyən etmək hələ də çətindir, bunun üçün daha incə araşdırmalar aparmaq lazımdır. Yalnız bilinir ki, koronavirus səbəbi ilə ağciyərlərdə fibroz və sıxılma SARS-dakı qədərdir.

Xatırladaq ki, yanvar ayında çoxsaylı beyin infarktı ilə xəstəxanaya yerləşdirilən 85 yaşlı kişi Çində koronavirus infeksiyasından ölən ilk şəxs olub.