Koronavirusa yenidən yoluxanlar yoluxdurucu deyil

28 Fevral 2020 15:02 (UTC+04:00)

Koronavirus ilə yenidən yoluxmuş xəstələr xəstəliyin yayıcısı deyil. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Qo Yanhun məlumat yayıb.

Xatırladaq ki, Çinin bəzi əyalətlərində təkrar yoluxma halları qeydə alınıb. Beləliklə, Guandun əyalətində xəstələrin təxminən 14% -ində koronavirus təkrar aşkar edilib.
"Bu xəstələri müşahidə etdikdən sonra həkimlər onlarda koronavirusun yayılması əlamətlərini tapmadılar", deyə Yanhun bildirib.