"COVİD-19" Yeni Zellandiyada Xəstə sağalır

28 Fevral 2020 14:42 (UTC+04:00)

Yeni Zellandiyada koronovirusa ilk yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə respublika hökumətinin başçısı Casinda Ardern məlumat verib. Onun sözlərinə görə, xəstənin həyatına təhlükə yoxdur. Belə ki, onu hospital müalicə üçün Oklend ştarında fəaliyyət göstərən xəstəxanaya yerləşdiriblər. Həkimlər isə onun vəziyyətinin get-gedə yaxşılaşdığını deyirlər.

Qeyd edək ki, hazırda bütün dünya üzrə virusdan 36 min insan sağalıb.